Bakı. 16 dekabr. REPORT.AZ/ “Nikoil Leasing” MMC-yə yeni direktor təyin edilib. Bu barədə “Report”a Şirkətdən bildirilib.
Məlumata görə, söhbət Sahil Mirzəzadədən gedir. O, yeni vəzifəsində Raisa Babayevanı əvəz edib.
Xatırladaq ki, “Nikoil Leasing” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkət Elşən Babayevə (sabiq direktorun həyat yoldaşı) məxsusdur.