Bakı. 20 sentyabr. REPORT.AZ/ ”Nikoil Bank” ASC yeni kredit aksiyasına başlayıb. Bank 35 günə qədər güzəşt müddəti ilə milli valyutada kredit təklif edir.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Kredit xətti 12-36 ay müddətinə, 300 manatdan 30 min manatadək verilir. 3 min manatadək olan kreditlərdə zamin tələb olunmur. Bu kredit məhsulunun rəsmiləşdirilməsi komissiyasızdır.
"Nikoil Bank" hesablaşma, depozit, kart, kredit və zəmanət kimi bank xidmətlərinin tam paketini təklif edir.