​"Nikoil Bank" yeni əmanət aksiyasına başlayıb

​"Nikoil Bank" yeni əmanət aksiyasına başlayıb Əmanətçilər Bankdan 15 min dollar və 20 ədəd smartfon qazana bilər
Maliyyə
23 Noyabr , 2015 12:18
​Nikoil Bank yeni əmanət aksiyasına başlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC ənənəvi yeni il, "Nikoil 2016" əmanət aksiyasına başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, istənilən şəxs 1 000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3-60 ay müddətə əmanət yerləşdirə bilər. Aksiyaya əsasən, əmanətçi Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaq. Aksiya 2016-cı il yanvarın 25-dək davam edəcək.

Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 min dollar məbləğində torba və 20 ədəd müasir smartfon əldə etmək üçün uduş şansı əldə edəcək.

Lotereyanın şərtlərinə əsasən, hər 1000-5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər və 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edir.

Uduş fondu 29 yanvar 2016-ci ildə Bankın Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisində oynanılacaq. 

Qeyd edək ki, bank tərəfindən təqdim olunan vergisiz əmanət növünün maksimal illik gəliri manatda 12%, dollarda 7,7%-dir. Əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə Bank tərəfindən hədiyyə olunacaq.

Son xəbərlər

Orphus sistemi