Yuxarı

"Nikoil Bank" yeni aksiya çərçivəsində 50 mln. manatdan artıq əmanət cəlb edib

Bunun nəticəsində Bankdakı əmanət portfeli təxminən 20% artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin yanvarın 25-dək davam edəcək əmanət aksiyası çərçivəsində bu günədək 50 mln. manatdan artıq əmanət cəlb edilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə əsasən, istənilən şəxs 1 000 AZN/USD/EUR-dan az olmayaraq, 3-60 ay müddətinə əmanətini yerləşdirə bilər. Bununla əmanətçi ABŞ dollarında yerləşdirilən əmanət faiz dərəcəsinə 1% hədiyyə qazanır.

Əmanət üzrə bonus faiz dərəcəsi ilə yanaşı, hər əmanətçi lotereyada dəyərli hədiyyələr, 15 min dollar pul və 20 ədəd müasir smartfondan birini qazanmaq üçün iştirak hüququ qazanır. Uduş fondunun oynanılması mərasimi yanvarın 29-da, Bankın Bakı şəhəri, Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Qeyd edək ki, hazırda "Nikoil Bank"a fiziki şəxslər tərəfindən toplam olaraq 291 mln. manat həcmində əmanət yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi