"Nikoil Bank" xidmət keyfiyyətini artırır

"Nikoil Bank" xidmət keyfiyyətini artırır "Təcili bank yardımı" Məlumat Mərkəzi artıq 6 il fəaliyyət göstərir
Maliyyə
1 İyul , 2016 14:37
Nikoil Bank xidmət keyfiyyətini artırır

Bakı. 1 iyul. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin xüsusi (012) 981 qısa nömrəli, “Təcili bank yardımı” şüarlı Məlumat Mərkəzi şöbəsi artıq 6-cı ildir ki, müştərilərə xidmət göstərir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, Məlumat Mərkəzinin xidmətindən faydalanmaq istəyən hər bir şəxs, Bankla əlaqə quraraq dərhal məhsullar, xidmətlər, cari aksiyalar barədə məlumat ala bilər, təklif edilən kredit məbləğini hesablaya bilər, aylıq ödənişi, təcili depozit üzrə gəliri, bundan əlavə bankın filial şəbəkəsinin və bankomatlarının ünvanlarını öyrənə bilərlər.

Məlumat Mərkəzinin iş rejimi saat 09:00-dan 18:00-a qədərdir.

Qeyd edək ki, bu yaxınlarda "Nikoil Bank" xidmətin keyfiyyətinin artırılması ilə əlaqədar yeni funksional xidməti gündəmə gətirib.

Bankın müştəriləri bank məhsulları, bank xidmətləri ilə əlaqəli yeni təkliflərin, şikayətlərin və istəklərin yaranması halında (012) 981 qısa nömrəsinə zəng edərək və əlavə olaraq 8000 yığaraq öz fikirlərini bildirə bilərlər. Müştərilər səsli məktub vasitəsilə avtomatik qeydiyyatdan keçdikdən sonra bankın xüsusi qrupunun əməkdaşları müraciətlərlə əlaqəli geri zəng edərək bu və ya digər təklifin baxılma müddəti, şikayət və ya qeydlər etmək arzusunda olanları məlumatlandıracaqlar.

Bu xidmət, istirahət günləri də daxil olmaqla, müştərilərə 24 saat fəaliyyət göstərmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi