"Nikoil Bank" xeyriyyə aksiyası keçirib

"Nikoil Bank" xeyriyyə aksiyası keçirib Bank əməkdaşları Bilgəh qəsəbəsindəki Sümük Vərəm Dispanserində müalicə olunan uşaqları zıyarət ediblər
Maliyyə
26 Dekabr , 2016 17:58
Nikoil Bank xeyriyyə aksiyası keçirib

Bakı. 26 dekabr. REPORT.AZ/ Yeni İl bayramı ərəfəsində "Nikoil Bank" ASC-nin əməkdaşları Bilgəh qəsəbəsində yerləşən Sümük Vərəm Dispanserində xəstəlikdən əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil ediblər.

"Report" xəbər verir ki, Bank əməkdaşları bayram süfrəsi və tortlardan əlavə balaca iştirakçıları şən oyunlar, musiqi və rəqslərlə əyləndiriblər. Bayrama peşəkar artistlər də dəvət edilib. Bayramın sonunda hər bir uşağa yeni il hədiyyəsi təqdim olunub.

"Bank aztəminatlıları da diqqətdən kənarda qoymayıb. Nəsimi rayonunda məskunlaşan 30 aztəminatlı ailə bank tərəfindən yeni il ərzaq payı ilə təmin olunub. Beləliklə, "Nikoil Bank" bir daha sübut etdi ki, sosial məsuliyyətin əsas missiyalarından biri zamanında digərlərindən çox ehtiyacı olanlara dəstək və yardım etməkdir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi