Yuxarı

​"Nikoil Bank" valyuta kreditləri olan müştərilərinə güzəşt edib

Martın 31-dək müştərilərə istehlak və biznes kreditlərinin qalığını 1,30 AZN/USD məzənnəsi ilə ödəmək imkanı verilir

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda milli valyutanın ikinci, dekabr devalvasiyasından sonra "Nikoil Bank" ASC növbəti “Etibarlı dost dar gündə tanınar” adlı, ABŞ dolları ilə verilən istehlak və biznes kreditlərin sağlamlaşdırmasına yönələn, aksiyaya start verib. Cari ilin martın 31-dək müştərilərə hər bir təminatsiz istehlak və biznes krediti üçün 1,30 AZN/USD məzənnəsi ilə kreditin tam qalığını ödəmək imkanı verilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, digər borcalanlar üçün fərqli güzəştli proqramlar tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunun silinməsi ilk növbədə aparılacaq. Bundan əlavə, müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir. Qeyd edək ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur.

"Nikoil Bank" cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır", - deyə məlumatda bildirilir.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi