Bakı. 18 iyul. REPORT.AZ/ Bugündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, "Nikoil Bank" tərəfindən müştəriyə "Bakcell" danışıq dəqiqələri hədiyyə ediləcək.
"Report"un banka istinadən verdiyi xəbərə görə, müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə- 20 dəqiqə, 5001-10000 ş.v.məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.
Hazırda Bankda "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.