"Nikoil Bank" premium kartları üzrə keçirilən aksiyaya qoşulub

"Nikoil Bank" premium kartları üzrə keçirilən aksiyaya qoşulub Lotereyada səyahət paketləri və parfumeriya mağazalarından hədiyyə kuponları oynanılacaq
Maliyyə
17 İyun , 2016 11:30
Nikoil Bank premium kartları üzrə keçirilən aksiyaya qoşulub

Bakı. 17 iyun. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin "Visa Gold" və "Visa Platinum" premium növlü plastik kartlarının sahibləri 50 manatdan yuxarı nağdsız ödəniş etdikdə stimullaşdırıcı lotereyada iştirak etmək şansı qazanacaqlar.

Lotereyada 6 ədəd, hər biri 6 350 manat dəyərində olan səyahət paketləri və 120 ədəd Azərbaycanda fəaliyyət göstərən tanınmış parfumeriya mağazaları şəbəkələrindən hədiyyə kuponları oynanılacaq.

"Lotereyada iştirak etmək üçün aksiya müddəti ərzində plastik kartınızı və etdiyiniz bütün ödənişləri www.visa.com.az saytında qeydə almağınız zəruridir", - deyə məlumatda qeyd olunub.

Bu gün "Nikoil Bank" filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi