“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır

“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır Bank dövriyyəyə yeni səhmlər buraxacaq
Maliyyə
5 Oktyabr , 2017 13:13
“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC nizamnamə kapitalını 35,5 mln. manat və yaxud 19,24% artıraraq 220 mln. manata çatdıracaq.

“Report”un əldə etdiyi məlumata görə, bunun üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 17,75 mln. ədəd yeni səhm buraxılacaq.

Səhmlər qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının alacağı gözlənilir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi