​"Nikoil Bank" müştərilərinə danışıq dəqiqələri qazandıracaq

​"Nikoil Bank" müştərilərinə danışıq dəqiqələri qazandıracaq Bu barədə bankdan məlumat verilib
Maliyyə
20 İyul , 2016 09:19
​Nikoil Bank müştərilərinə danışıq dəqiqələri qazandıracaq

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gündən etibarən "Nikoil Bank" ASC-nin müştəriləri plastik kartla nağdsız pul dövriyyəsinə görə "Bakcell" mobil operatorundan danışıq dəqiqələri əldə edəcəklər. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, ay ərzində kart üzrə dövriyyə 300-500 ş.v. məbləğində olduqda 10 dəqiqə, 501-700 ş.v. məbləğində olduqda 20 dəqiqə, 701-1000 ş.v. məbləğində olduqda 30 dəqiqə, 1001 ş.v. məbləğindən artıq olduqda isə 50 dəqiqə pulsuz danışıq dəqiqələri hədiyyə ediləcək.

"Nikoil Bank"da Visa Electron, Visa Classic, Visa Gold və Visa Platinum, həmçinin MasterCard Maestro, MasterCard Standart və MasterCard Gold kimi plastik kart növlərini əldə etmək mümkündür. Kartları banka yaxınlaşmadan http://nikoil.az/az/ordercard/ səhifəsindən sifariş etmək olar. "Nikoil Bank"ın mövcud olan plastik kart növləri ilə isə http://nikoil.az/az/cards/ səhifəsinə daxil olaraq tanış olmaq mümkündür.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "Nikoil Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi