Yuxarı

​"NIKOIL Bank" Məlumat Mərkəzi üçün vakansiya elan edib

İş təcrübəsi vacib deyil

Bakı. 12 iyul. REPORT.AZ/ "NIKOIL Bank" ASC Məlumat Mərkəzində işləmək istəyənlər üçün vakansiya elan edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, namizədlər 20-30 yaşında, ali təhsilli olmalı, Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini yaxşı bilməlidir. Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək, düzgün nitq, ünsiyyət qurmaq bacarığı, məsuliyyət, dəqiqlik, fəallıq, fərdi və komandada işləmək bacarığı, zəngin lüğət ehtiyatı və savadlı danışıq qabiliyyəti, kompyuter proqramlarını (Word, Excel, Outlook, Power Point) əla səviyyədə bilmək də tələblər sırasındadır. İş təcrübəsi vacib deyil.

Vəzifə öhdəliklərinə daxil olan zənglərin qəbul edilməsi, müştərilərin bank məhsulları haqqında məlumatlandırması, müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi, kross-satış, müştərilərin şikayətlərinin qəbulu vəonlara baxılması, məktubların qəbulu və cavablandırılması, "Onlayn məsləhətçi” xidməti vasitəsilə müştərilərlə əlaqəyə girib suallarının cavablandırılması, zənglərə əsasən bank məhsullarının satışının təşkil edilməsi (Telemarketinq) daxildir.

Arzu edənlər CV formasını mövzu hissədə “Məlumat mərkəzi” adını qeyd etməklə hr@nikoil.az ünvanına göndərə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi