Yuxarı

“Nikoil Bank” korporativ saytını yeniləyib

“Nikoil Bank” korporativ saytını yeniləyib
© Report

Bakı. 30 noyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC yenilənmiş korporativ saytını istifadəyə verib. Yeni sayt müasir dizayn əldə edib, bölmələrin quruluşu və məzmunu yenidən qurulub, istifadəsi asanlaşdırılıb.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, dünya və korporativ standartlara, həmçinin qanunvericiliyin tələblərinə cavab verən www.nikoil.az saytı, eyni zamanda naviqasiyada çox sadə və rahatdır. Fərdi dizayner yanaşması mühüm informasiyalarla-bank haqqında, onun tarixi, strategiyası, təşkilati strukturu, missiyası və maliyyə göstəriciləri, aktual məhsulları və onların şərtləri, xüsusi təkliflər, son xəbərlər haqqında asanlıqla və müfəssəl tanış olmağa və özünüz üçün yenilənmış məhsul xəttində sizin və ya bankın onlayn-çat əməkdaşlarının köməkliyi ilə bu və ya digər bank məhsullarını seçməyə imkan yaradır.

Kredit və ya plastik kartlar üçün onlayn-ərizə, kredit və ya kommunal ödəmələr, depozit və kredit hesablayıcıları, məhsulun rahat seçimi üzrə köməkçilər, internet-bankinq, bankın bütün filial və bankomatlarını dəqiq göstərən xəritə və s. yeni korporativ saytının xidmətlərinin siyahısındadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi