“Nikoil Bank” işçi axtarır

“Nikoil Bank” işçi axtarır Bank dizayner vəzifəsinə işə qəbul elan edib
Maliyyə
31 Mart , 2017 16:13
“Nikoil Bank” işçi axtarır

Bakı. 31 mart. REPORT.AZ/ “Nikoil Bank” ASC dizayner vəzifəsinə işə qəbul elan edib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, bu vəzifə üzrə təqdimatların tərtibatı, şirkət üslubunun və brendbuk elementlərinin hazırlanması, korporativ saytın interfeysinin hazırlanması, veb və flaş bannerlərinin yaradılması, çap məhsullarının dizayn və adaptasiyasının maketi, səhifə dizaynı, reklam məhsullarının yaradılması, hazır maketlərin korreksiyası, reklam maketlərinin, o cümlədən, küçə reklam maketlərinin hazırlanması, maketlərin hazırlanaraq çapa verilməsi, fotoşəkillərin işlənməsi, sosial şəbəkələr üçün posterlərin yaradılması, tapşırıqlara kreativ və müasir yanaşma, rəsm çəkə bilmə qabiliyyəti kimi öhdəliklər müəyyən edilib.

Namizədlərə qarşı keyfiyyətli və hərtərəfli portfolionun olması, funksional və rahat interfeyslərin tipoqrafiyasının, kompozisiyanın yaradılmasının dəqiq anlaşılması, xırda detallara diqqət və işə son dərəcə məsuliyyətli yanaşma – interfeysin hər bir elementini maksimum səylə işləyə bilmə bacarığı, müasir qrafik proqramlarla işləyə bilmə bacarığı (Adobe Illustrator, Photoshop, Corel Draw, Adobe InDesign, Adobe Premiere və s.), veb-dizaynın aktual trendlərini bilmə və anlama bacarığı kimi tələblər qoyulub.

İş vaxtı saat 09:00-dan 18:00-a qədər, əmək haqqı 700 manatdan başlayır. Maliyyə müəssisələrində azı 1 il iş təcrübəsi olanlara üstünlük veriləcək. Portfolionun olması da üstünlükdür.

CV-lər aprelin 15-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Son xəbərlər

Orphus sistemi