Yuxarı

"Nikoil Bank"ın plastik kart sahibləri yeni üstünlüklər əldə edib

"Nikoil Bank"ın plastik kart sahibləri yeni üstünlüklər əldə edib
Nikoil Visa Gold və Nikoil Visa Platinum kartları vasitəsilə ödəniş edərkən 20%-dək endirim təqdim edilir

Bakı. 9 fevral. REPORT.AZ/ "Nikoil Bank" ASC "Visa"nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşulub. "Nikoil Visa Gold" və "Nikoil Visa Platinum" kartları vasitəsilə ödəniş edərkən bankın hər bir müştərisinə tərəfdaş restoran, geyim butikləri, ətriyyat mağazaları və supermarketlər şəbəkələrində 7,5%-dən 20%-dək endirim təqdim edilir.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Partnyorların tam siyahısı ilə www.visa.com.az saytında tanış olmaq mümkündür.

"Nikoil Bank"ın premium sinifli plastik kart sahibləri müasir ödəniş vasitəsinə, həmçinin kart qalığına manat üzrə illik 8% və ABŞ dolları üzrə illik 2% həcmində hesablanan faiz və əlavə üstünlüklər əldə edir. Sərfəli faiz şərtləri ilə yanaşı, bu kart növünün hər bir yeni sahibi "SMS-notification" və "Mobile Banking" kimi xidmətlərə pulsuz qoşula və digər üstünlüklərdən faydalana bilər. Kartın balansını onlayn artırmaqla yanaşı,"MilliÖn", "EasyPay" və "e-Manat" ödəniş aparatları vasitəsilə də artırmaq mümükündür", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi