Yuxarı

​"Nikoil Bank"ın yeni filialı açılıb

Filialda bir sıra əməliyyatlar aparılacaq

Bakı. 10 fevral. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin yeni 2 saylı filialının açılışı olub. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Parlament prospekti,500, məhəllə,4B ünvanında yerləşən filialda hesablaşma-kassa, kreditləşmə, kommunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar aparılacaq.

Qeyd edək ki, Bankın filial şəbəkəsi Bakı, eləcə də bölgələrdə yerləşən 21 satış məntəqəsindən ibarətdir. "Nikoil Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında (012) 981 qısa nömrəsinə zəng edərək ətraflı məlumat almaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi