“Nikoil Bank”ın Sumqayıt filialı yeni ünvana köçüb

“Nikoil Bank”ın Sumqayıt filialı yeni ünvana köçüb Filial yeni, müasir və rahat şəraitdə müştərilərin xidmətindədir
Maliyyə
17 Fevral , 2017 10:48
“Nikoil Bank”ın Sumqayıt filialı yeni ünvana köçüb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gündən “Nikoil Bank” ASC-nin Sumqayıt filialı yeni ünvanda - Sumqayıt şəhəri, I mikrorayon, Nəriman Nərimanov küçəsi,49B ünvanında fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, filial yeni, müasir və rahat şəraitdə müştərilərin xidmətindədir. Bura geniş əməliyyat zalına malikdir və burada müştəriləri milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s. kimi yüksək səviyyəli bank xidmətləri gözləyir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək.

“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil.

Son xəbərlər

Orphus sistemi