"Nikoil Bank"ın səhmdarlarının növbəti yığıncağı keçirilib

"Nikoil Bank"ın səhmdarlarının növbəti yığıncağı keçirilib PWC auditor şirkəti ilə birlikdə Bankın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlanacaq
Maliyyə
1 Mart , 2016 09:53
Nikoil Bankın səhmdarlarının növbəti yığıncağı keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Moskvada "Nikoil Bank" ASC-nin əsas səhmdarı olan Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib.

"Report"a Bankdan verilən verilən məlumata görə, yığıncaqda "Nikoil Bank"ın İdarə Heyətinin Sədri Vasili Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib. Toplantının yekununda 2015-ci ildə Bankın fəaliyyətinin nəticələrinin nəzərə alınması və 2016-cı il üçün əsas maliyyə göstəriciləri və iş planlarının təsdiq edilməsi, PWC (Pricewaterhouse Coopers) auditor şirkəti ilə birlikdə Bankın 2019-ci ilə qədər strateji inkişaf planının hazırlanması, müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 mln. ABŞ dolları həcmində ehtiyat fondunun yaradılması, Bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturunun təsdiq edilməsi barədə qərarlar qəbul edilib.

Yığıncağın gedişatında xüsusilə qeyd olunub ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzərə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, bu da öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir.

Qeyd edək ki, "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşən 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı www.facebook.com/bank.nikoil-dır.

Son xəbərlər

Orphus sistemi