Yuxarı
    Bağlamaq

    ​"Nikoil Bank"ın rəhbərliyinə yeni təyinatlar olub

    Bankın İdarə Heyətində dəyişikliklər baş verib

    Bakı. 26 iyul. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. "Report" xəbər verir ki, Bankın İH-nin sədr müavini Sergey Savelyev və İH-nin üzvü Fazil Hüseynov vəzifələrindən azad edilib.

    Onların yerinə Fərhad Hacinski (sədr müavini) və Sergey Xmurin (üzv) təyin ediliblər.

    F.Hacinski vaxtilə "Rabitəbank" ASC-nin İH-nin sədr müavini olub.

    Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb.

    Bankın səhmlərinin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi