“Nikoil Bank”ın səhmdarlarının növbədənkanar iclası Londonda keçiriləcək

“Nikoil Bank”ın səhmdarlarının növbədənkanar iclası Londonda keçiriləcək Moskvada keçirilməsi planlaşdırılan növbədənkanar ümumi yığıncaq təxirə salınıb
Maliyyə
17 Yanvar , 2017 09:23
“Nikoil Bank”ın səhmdarlarının növbədənkanar iclası Londonda keçiriləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmdarlarının ötən gün Moskvada (Rusiya), Yefremov küçəsi,8 ünvanında keçirilməsi planlaşdırılan növbədənkanar ümumi yığıncağı təxirə salınıb. Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, yığıncaq fevralın 8-də Londonda (Birləşmiş Krallıq), Pikadili küçəsi,21 ünvanındakı “Le Méridien Piccadilly” hotelində keçiriləcək.

Yığıncağın gündəliyinə “Nikoil Bank”ın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, Komitə üzvlərinin mükafatlandırılmasının və Bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələləri daxildir.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi