"Nikoil Bank"ın nümayəndələri ilə tələbələr arasında görüş keçirilib

"Nikoil Bank"ın nümayəndələri ilə tələbələr arasında görüş keçirilib Bankın baş ofisində Gənclər Gününə həsr olunmuş tədbir olub
Maliyyə
2 Fevral , 2017 17:51
Nikoil Bankın nümayəndələri ilə tələbələr arasında görüş keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin Bakı şəhəri, Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisində fevralın 2-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, konfrans zalında bankın nümayəndələri ilə paytaxtın aparıcı universitetlərinin tələbələri ilə görüş keçirilib.

Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış edib. Tədbirin sonunda B.Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birini hədiyyə edib.

“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”, - deyə Bəhram bildirib və görüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərində qələbələr arzulayıb.

Xatırladaq ki, hələ 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin I Forumunun keçiriləcəyi gün - 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib.

Son xəbərlər

Orphus sistemi