"Nikoil Bank"ın nizamnamə kapitalı 150 mln. manat artırılacaq

"Nikoil Bank"ın nizamnamə kapitalı 150 mln. manat artırılacaq Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası bankın əsas səhmdarı ilə protokol imzalayıb
Maliyyə
22 Sentyabr , 2016 15:43
Nikoil Bankın nizamnamə kapitalı 150 mln. manat artırılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində “Nikoil Bank" ASC-nin nizamnamə kapitalı 150 mln. manat (öncədən elan edilmiş 60 mln. manat daxil olmaqla) artırılacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq MBNP-dan bildirilib. 

Məlumata görə, bununla bağlı MBNP ilə bankın əsas səhmdarı olan “Topaz İnvestment” QSC arasında protokol imzalanıb. Son nəticədə “Nikoil Bank"ın nizamnamə kapitalı 34,5 mln. manatdan  184,5 mln. manata çatdırılacaq. 

Bankın səhmdarlarının bir qədər əvvəl keçirilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağında kapitalın 60 mln. manat artırılması qərara alınıb. 

Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi