"Nikoil Bank" Gürcüstanın "TBC Bank"ı ilə birləşmə haqqında saziş imzalayıb

"Nikoil Bank" Gürcüstanın "TBC Bank"ı ilə birləşmə haqqında saziş imzalayıb Bakı. 26 iyul. REPORT.AZ/ Gürcüstanın TBC Bankı və Azərbaycanın investisiya-kommersiya bankı Nikoil Bank icbari olmayan strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
Maliyyə
26 İyul , 2018 11:34
Nikoil Bank Gürcüstanın TBC Bankı ilə birləşmə haqqında saziş imzalayıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Gürcüstanın "TBC Bank"ı və Azərbaycanın investisiya-kommersiya bankı "Nikoil Bank" icbari olmayan strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

"Report" "TBC Bank Group PLC"nin məlumatına istinadən xəbər verir ki, saziş "TBC Bank"ın törəmə bankı olan "TBC Kredit" ilə "Nikoil Bank"ın birləşməsi kimi addımları nəzərdə tutur.

Bundan başqa, "TBC Bank" "Nikoil Bank"ın hədəfi pərakəndə bazarlarda və kiçik və orta biznesin kreditləşdirilməsində payının artırılması məqsədilə Gürcüstanın bank sektorundakı təcrübəsindən, o cümlədən bu yaxınlarda yaradılmış tam rəqəmsal "Kosmos" bankından istifadə etmək niyyətindədir.

Birləşmənin başa çatacağı halda "TBC Bank" birləşdirilmiş təşkilatın strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edəcək. "TBC Bank" "Nikoil Bank"ın idarə heyətində təmsil olunacaq və bank rəhbərliyi ilə birgə şirkətin gələcək inkişafında həlledici rol oynayacaq.

Eyni zamanda, "TBC Bank" birləşdirilmiş təşkilatın əlavə səhmlərini almaq və ümumi payını 50% + 1 səhmə çatdırmaq üçün üç illik opsiya əldə edəcək.

Son xəbərlər

Orphus sistemi