Yuxarı

"Nikoil Bank"da yeni təyinat olub

Bankın Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib

Bakı. 12 avqust. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Cəlal Nağıyev gətirilib.

C.Nağıyev indiyə qədər hazırda ləğvetmə prosesində olan "Parabank" ASC-nin baş icraçı direktoru işləyib. Son vaxtadək vakant olan bu vəzifədə əvvəllər Elşən Babayev çalışıb.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri "Topaz İnvestments" QSC (56,4%-), "Nikoil" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi