"​Nikoil Bank"da qanvermə aksiyası keçirilib

"​Nikoil Bank"da qanvermə aksiyası keçirilib Aksiya 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunub
Maliyyə
1 İyun , 2016 17:33
​Nikoil Bankda qanvermə aksiyası keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ “Nikoil Bank" ASC-nin baş ofisində 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunmuş ənənəvi xeyriyyə qanvermə aksiyası keçirilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyada İdarə Heyətinin sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla Bankın həm baş ofisinin, həm də paytaxt filiallarının əməkdaşları iştirak ediblər.

Artıq 10 ildən çoxdur ki, “NikoiI Bank" fəxri donor adını daşıyır və bankın kollektivi müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak edir. “Nikoil Bank"ın qanvermə ənənəsi 2006-cı ildən etibarən yaranıb və Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi