“Nikoil Bank” bu ilin əvvəlindən 80 mln. manata yaxın zərər edib

“Nikoil Bank” bu ilin əvvəlindən 80 mln. manata yaxın zərər edib Bakı. 10 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 0,86% azalaraq bu il oktyabrın 1-nə 407 150 min manata çatıb.
Maliyyə
10 Oktyabr , 2018 15:25
“Nikoil Bank” bu ilin əvvəlindən 80 mln. manata yaxın zərər edib
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 0,86% azalaraq bu il oktyabrın 1-nə 407 150 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə Bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə məqsədli ehtiyatın ayrılmasından sonra xalis kreditlər) 184 558 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% azdır.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 8,6% azalaraq 337 864 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 6,7% azalaraq 213 662 min manata yüksəlib. 2018-ci il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı 32 300 min manat tələbi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% azdır. Bu il oktyabrın 1-nə Bankın nizamnamə kapitalı 296 mln. manat, cəmi kapitalı isə 69 286 min manat təşkil edib.

Bank bu ilin yanvar-sentyabr aylarında 79 901 min manat zərər edib. Yanvar-sentyabr aylarında Bankın faiz gəlirləri 50 525 min manat, faiz xərcləri 11 994 min manat, qeyri-faiz gəlirləri 5 375 min manat, qeyri-faiz xərcləri 15 659 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Bankın xalis zərəri 140 min manat olub.  

Son xəbərlər

Orphus sistemi