​"Nikoil Bank" Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib

​"Nikoil Bank" Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib Bankın maliyyə dəstəyi ilə keçirilən konsert mayın 15-dək davam edəcək
Maliyyə
6 May , 2016 18:28
​Nikoil Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib

Bakı. 6 may. REPORT.AZ/ 9 May - Faşizm üzərində Qələbə Günü şərəfinə "Nikoil Bank" ASC-nin kollektivi bir sıra xeyriyyə və sosial tədbirlər həyata keçirir. Bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində "Dinamiks" vokal ansamblının "Oxu əsgər, öz əsgər yolun haqqında" adlı qastrol konsertinə start verilib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, konsert mayın 15-dək davam edəcək və Bakı şəhəri daxil olmaqla, Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcək.

"Nikoil Bank" faşist işğalçıları üzərində qələbənin əldə edilməsində əvəzsiz töfhəsini verən veteran müştərilərini və Bankın əməkdaşlarının birbaşa qohumlarını da unutmayıb. Bank tərəfindən qiymətli hədiyyə ilə yanaşı, hər bir veterana maddi yardım göstərilib.

Növbəti tədbir isə artıq ənənəvi xarakter daşıyan Leninqrad Mühasirəsi İştirakçıları (hazırda Sankt-Peterburq) İctimai Birliyinin üzvləri ilə görüş olub. Bayram ziyafəti zamanı hər bir müharibə iştirakçısına Bank tərəfindən maddi yardım təqdim edilib.

Xatırladaq ki, 1941-1945-ci illər ərzində 600 minə yaxın azərbaycanlı sovet ordusu sıralarına çağırılıb və təxminən yarısı cəbhədə gedən döyüşlərdə həlak olub.

Son xəbərlər

Orphus sistemi