Yuxarı
    Bağlamaq

    “Nikoil Bank” Böyük Vətən müharibəsi veteranlarını təbrik edib

    Bank Leninqrad Mühasirəsi İştirakçılarının İctimai Birliyinə üzv olan veteranlara maddi yardım göstərib

    Bakı. 8 may. REPORT.AZ/ “Nikoil Bank” ASC faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Leninqrad (Sankt-Peterburq) şəhərinin 900 günlük mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad Mühasirəsi İştirakçılarının İctimai Birliyinə üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına maddi yardım göstərib.

    Bu barədə “Report”a Bankdan bildirilib.

    Məlumata görə, veteranlarla görüş ənənəvi bayram naharı masası arxasında baş tutub. Xatırladaq ki, Leninqrad mühasirəsi 1941-ci ilin 8 sentyabrından 1944-cü ilin 27 yanvarına qədər davam edib. Bu illər ərzində, müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyona qədər insan mühasirədə qalaraq həlak olub. Onlardan yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həyatını itirib.

    “Nikoil Bank”ın Lənkəran filialının əməkdaşları isə Böyük Vətən müharibəsi iştirakçısı, 1925-ci il təvəllüdlü Daşdəmir Paşayevlə görüşərək onu təbrik ediblər. O, 1943-cü ildə cəbhəyə çağırılıb və onun döyüş yolu Belarusiya cəbhəsindən Almaniyanın paytaxtı Berlinə qədər davam edib.

    Qeyd edək ki, 1941 – 1945- ci illər ərzində sovet hərbi sıralarına 600 minə qədər azərbaycanlı çağırılıb. Onların təxminən yarısı cəbhədə həlak olub.

    “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi