"Nikoil Bank" I yarımilliyi mənfəətlə yekunlaşdırıb

"Nikoil Bank" I yarımilliyi mənfəətlə yekunlaşdırıb Bakı. 19 iyul. REPORT.AZ/ “Nikoil Bank” ASC 207-ci ilin birinci yarısını 580 min manat həcmində mənfəətlə başa vurub. Bu da ötən ilin eyni döv...
Maliyyə
19 İyul , 2017 11:46
Nikoil Bank I yarımilliyi mənfəətlə yekunlaşdırıb
Report

Bakı. 19 iyul. REPORT.AZ/ “Nikoil Bank” ASC 207-ci ilin birinci yarısını 580 min manat həcmində mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,7% azdır. Bankın gəlirləri illik müqayisədə 34,87% azalaraq bu ilin yanvar-iyun aylarında 33,532 mln. manat, xərcləri isə 28,17% azalaraq 32,938 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

"Nikoil Bank"ın müştərilərinin sayı isə illik 14,61% artaraq 207-ci il iyulun 1-nə 89 539 nəfərə çatıb. Bunun da 86 177 nəfəri fiziki şəxslərdir. 

Plastik kartların sayı isə illik müqayisədə 7,54% artaraq 16 703 ədəd təşkil edib ki, bunun da 15 884 ədədi debet, 819 ədədi kredit kartlarıdır. Bankın filialllarının sayı 21-dən 14-ə, bankomatlarının sayı 40-dan 32-yə, POS-terminallarının sayı 385-dən 254-ə düşüb.

Son xəbərlər

Orphus sistemi