“Nikoil Bank”a yeni səhmdar gəlib

“Nikoil Bank”a yeni səhmdar gəlib Bankın səhmlərinin 7,97%-nə nəzarət edən "Nikoil" QSC payını kənar investora satıb
Maliyyə
15 May , 2017 11:33
“Nikoil Bank”a yeni səhmdar gəlib

Bakı. 15 may. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmlərinin 7,97%-nə nəzarət edən "Nikoil" QSC payını kənar investora satıb.

Bu barədə “Report”a Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia məlumat verib.

Onun sözlərinə görə, söhbət “Nikoil Bank”ın 91,84%-lik səhmdarı olan “Topaz Investments” QSC ilə eyni holdinqdə təmsil olunan şirkətdən gedir. Bununla belə, sədr yeni səhmdarın adını açıqlamayıb.

Qeyd edək ki, səhmlərin alqı-satqısı mayın 12-də Bakı Fond Birjasında baş tutub. Birjanın Listinq Komitəsinin qərarı ilə mayın 10-dan ticarətə buraxılmış, hər birinin nominal dəyəri 2 manat olan 7 351 398 ədəd səhm təkrar bazarda 0,1 manatdan realizə edilib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmdarları arasında "ISR Holding" MMC (0,19%) də var. 

Son xəbərlər

Orphus sistemi