“Nikoil Bank” nizamnamə kapitalını artırıb

“Nikoil Bank” nizamnamə kapitalını artırıb Bakı. 7 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.
Maliyyə
7 Yanvar , 2019 13:18
“Nikoil Bank” nizamnamə kapitalını artırıb
Report

Bakı. 7 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd Bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.

Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 52 mln. manat və yaxud 17,6% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir. 

Son xəbərlər

Orphus sistemi