"Nikkei" indeksi son 27 ildə ilk dəfə 24 000 bəndini ötüb

"Nikkei" indeksi son 27 ildə ilk dəfə 24 000 bəndini ötüb "Dow Jones" indeksi isə 26 000 bəndini ötərək tarixi rekordunu təzələyib
Maliyyə
18 Yanvar , 2018 11:27
Nikkei indeksi son 27 ildə ilk dəfə 24 000 bəndini ötüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Çin bankları və regional texnologiya şirkətlərinin müsbət dinamikası, ABŞ fond birjalarının tarixi rekord səviyyəyə çatması fonunda Asiyada fond birjasi indeksləri bu gün yüksəlməyə davam edib. 

"Report" "MarketWatch" araşdırma şirkətinə istinadən xəbər verir ki, nəticədə, Yaponiyanın "Nikkei" indeksi 1991-ci ilin noyabr ayından sonra ilk dəfə 24 000 bəndi ötüb. Xatırladaq ki, "Nikkei" indeksi tarixi maksimal səviyyəyə 1989-cu il dekabr ayında (38 957 bənd) çatıb və 29 il keçməsinə baxmayaraq, hazırda bu səviyyədən 38,5% aşağıdır.

Qeyd edək ki, qlobal iqtisadi yüksəlişdə gözlənilən dayanıqlı müsbət dinamika ehtimalları və korporativ mənfəətin yüksəlməsi ilə yaranan nikbinlik qlobal fond birjası indekslərinin artmasına səbəb olur. Belə ki, dünən ABŞ-da "Dow Jones" birjası indeksi 26 000 bənd səviyyəsini aşaraq tarixi rekordunu təzələyib.

Son xəbərlər

Orphus sistemi