​"New York Times": Dünya müharibəsi iqtisadi artıma kömək edəcək

​"New York Times": Dünya müharibəsi iqtisadi artıma kömək edəcək Dağıntıların bərpası prosesi iqtisadi yüksəlişə səbəb olacaq
Maliyyə
13 İyun , 2016 20:41
​New York Times: Dünya müharibəsi iqtisadi artıma kömək edəcək

Bakı. 13 iyun. REPORT.AZ/ İqtisadiyyatının artım tempinin sürətlənməsi üçün "Dünya müharibəsinə ehtiyac var". 

"Report" xəbər verir ki, bu barədə "Vestifinans" agentliyi "New York Times"in (NYT) yaydığı məlumata istinadla xəbər verir. 

NYT-də dərc olunan "The Lack of Major War May Be Hurting Economic Growth" adlı məqalədə 2008-ci il maliyyə böhranından sonra qərb iqtisadçılarının müxtəlif yollarla dünya iqtisadiyyatının artım tempini yüksəltməyə çalışsalar da buna nail ola bilmədikləri vurğulanıb. Həmçinin məqalədə dünyanın aparıcı ölkələrinin Mərkəzi Banklarının monetar ekspansiya vasitəsilə iqtisadiyyatlarda qısamüddətli qığılcım yarada bilsələr də daha sonra yenidən yavaşlama müşahidə edilib. NYT-də dərc olunan məqalədə ya aşağı tempdə iqtisadi artım, ya da böyük dağıntı və tələfatın olduğu müharibələr və sonrasında çiçəklənmə dövrünün seçilməsi lazım gəldiyi bildirilib. "Müharibə nə qədər dağıdıcı olsa, bərpa prosesi bir o qədər geniş masştablı olacaq",- NYT yazıb.

Qəzet əsasən ABŞ iqtisadiyyatının I və II dünya müharibələrindən qazancını şərh edərək xatırladıb ki, I dünya müharibəsinə ABŞ ən son anda qoşulub və bir çox ölkənin kreditoru olub. Məhz XX əsrin 20-ci illərində ABŞ iqtisadiyyatı ilk olaraq hərbi iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçid edib. II dünya müharibəsində isə ABŞ-ın "Marşal planı"nı həyata keçirməsiylə Avropa iqtisadiyyatının müharibədən sonra bərpa prosesində baş rolu oynamaqla özünə yeni istehlak bazarları açıb və zənginləşib.

Son xəbərlər

Orphus sistemi