AMB sədri: "Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına dərhal təsir etmir"

AMB sədri: "Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına dərhal təsir etmir" Bu, növbəti illərin dövlət büdcəsində ehtiyatlı davranmağı zəruri edir
Maliyyə
26 Sentyabr , 2016 18:49
AMB sədri: Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına dərhal təsir etmir

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri orta müddətdə baş verir." 

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib. 

O, bildirib ki, bəzi neft hasil edən ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət büdcəsi və valyuta bazarı neftin cari qiymətindən asılı deyil: "Azərbaycan valyuta bazarı, onun büdcə sabitliyi, pul-kredit sabitliyi neftin cari qiymətindən bu ildə bir o qədər də asılı deyil. Bu asılılıq daha çox orta müddətlidir. Neftin qiymətinin azalması baş verərsə, növbəti illərin büdcəsində daha ehtiyatlı davranılacaq, artımı baş verərsə, büdcə daha rahat formalaşdırılacaq".  

Son xəbərlər

Orphus sistemi