Neftin qiyməti 30 dollar/barelə yaxınlaşır

Neftin qiyməti 30 dollar/barelə yaxınlaşır Bu, son 12 ilin ən aşağı qiymət həddidir
Maliyyə
12 Yanvar , 2016 10:34
Neftin qiyməti 30 dollar/barelə yaxınlaşır

Bakı. 12 yanvar. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin bir barelinin qiyməti 31 dollardan aşağı enib. Hazırda "Brent"in qiyməti  30,80 dollar/barel ətrafında dəyişir. Bu qiymət, dünən, yanvarın 11-də olan bağlanma qiymətindən 0,66 dollar və ya 2,07% aşağıdır. 

"Report" xəbər verir ki, "Brent" markalı neftin qiyməti 2004-cü ilin aprel ayında 29,95 dollar/barel olub.

Qeyd edək ki, WTI (Texas) markalı neftin qiyməti isə 30,50 dollar/bareldən satılır və dünənki bağlanma qiymətindən 0,83 dollar və ya 2,63% aşağıdır. Xatırladaq ki, Texas markalı neft 2003-cü ilin dekabrında 29,66 dollar/barel olub və artıq bu gün neft qiymətlərinin 30 dollar həddindən də aşağı düşməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi