Neft ölkəsi Norveçdə büdcə kəsiri yaranıb

Neft ölkəsi Norveçdə büdcə kəsiri yaranıb Büdcənin vergi daxilolmaları 8,3% azalıb
Maliyyə
7 Sentyabr , 2016 19:19
Neft ölkəsi Norveçdə büdcə kəsiri yaranıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Neft ölkəsi olan Norveçin büdcəsində 2016-cı ilin II rübündə 1990-cı illərin ortalarından sonra ilk dəfə kəsir yaranıb. 

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, II rübdə ölkə büdcəsinin gəlirləri 2015-cı ilin analoji dövrü ilə müqayisədə 2,3% azalaraq 328 mlrd. krona (39,78 mlrd. ABŞ dolları), xərcləri isə 8% artaraq 333 mlrd. kron (40,35 mlrd. ABŞ dolları) təşkil edib. Nəticədə 5 mlrd. kron (606 mln. ABŞ dolları) həcmində büdcə kəsiri yaranıb.

Neftin qiymətinin düşməsi və neft hasilatından vergi gəlirlərinin azalması Norveç Dövlət Birbaşa İnvestisiyalar Fondunun (SDFİ) gəlirlərini azaldıb və fondun profisitini aşağı salıb. Vergi daxilolmaları II rübdə 2 dəfə azalıb və 23 mlrd. kron (2,78 mlrd. ABŞ dolları) təşkil edib. Ümumilikdə büdcənin vergi gəlirləri 8,3% azalıb.

Son xəbərlər

Orphus sistemi