Yuxarı

​Neft hasilatçısı ölkələrinin sammiti təxirə salınıb

Report: Neftin qiyməti 35 dollar/barelə qədər enəcək

Bakı. 14 mart. REPORT.AZ/ Əsas neft hasilatçısı olan ölkələrin mart ayına planlaşdırılan görüşü təxirə salınıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu toplantı aprel ayında baş tuta bilər.

"Bloomberg" agentliyinin bildirdiyinə görə isə görüşün Moskvada və ya Dohada keçirilməsi planlaşdırılır. İran artıq görüşə qatılmaqdan imtina edib. Qeyd edək ki, İran tərəfi gündəlik neft hasilatını 4 mln. barelə çatdırdıqdan sonra masa arxasına otura biləcəyini bildirib. 

Neft ixracatçılarının sammitinin təxirə salınması neftin qiymətini aşağı salıb. "Brent" markalı neftin qiyməti 2,4% azalaraq 39,4 dollar/barelə düşüb. 

Xatırladaq ki, neftin qiyməti martın 8-də son 3 ayın maksimal həddi - 41,48 dollar/barelə çatdıqdan sonra geriləməyə başlayıb. Artıq qiymət bu maksimal həddən 5% aşağı düşüb.

"Report"un analitik qrupu neft qiymətlərinin 35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi