Yuxarı

Neft Fondunun 2015-ci il büdcəsinin icrası layihəsinin Prezidentə təqdim olunması barədə qərar qəbul edilib

Fondun Müşahidə Şurası bir sıra qərarlar qəbul edib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası bir sıra qərarlar qəbul edib.

Fonddan "Report"a verilən məlumata görə, Müşahidə Şurası ARDNF-in icraçı direktorunun təqdim etdiyi Fondun 2015-ci ildə fəaliyyəti haqqında illik hesabatını, 2015-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PWC Audit Azerbaijan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-in 2015-ci il üzrə büdcəsinin icrası layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına təqdim olunması barədə qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi