Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank və ARDNF banklara 200 milyon dollar satıb - ƏLAVƏ OLUNUB

    Bu vəsaiti 29 bank alıb

    Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF)  100 mln. ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarıb.

    "Report"a fonddan verilən məlumata görə, bu vəsait 29 banka satılıb.

    Xəbərdə qeyd edilib ki, ARDNF il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.

    Azərbaycan Mərkəzi Bankı da hərraca 100 mln. ABŞ dolları çıxarıb. Beləliklə, bu gün hərraca çıxarılan 200 mln. dolları 29 bank alıb və tələb tam həcmdə təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi