Neft Fondu hərraca çıxardığı vəsaitin 40%-ni satıb

Neft Fondu hərraca çıxardığı vəsaitin 40%-ni satıb Bu vəsait 8 kommersiya bankı tərəfindən alınıb
Maliyyə
19 Aprel , 2016 11:22
Neft Fondu hərraca çıxardığı vəsaitin 40%-ni satıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının keçirdiyi müntəzəm valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən çıxarılan 50 mln. ABŞ dolları məbləğində vəsaitdən 19,9 mln. dolları (39,8%) satılıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu vəsait 8 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi