Neft Fondu bir banka 20 mln. dollar satıb

Neft Fondu bir banka 20 mln. dollar satıb Fond hərraca 50 mln. dollar məbləğində vəsait çıxarıb
Maliyyə
13 Aprel , 2016 11:05
Neft Fondu bir banka 20 mln. dollar satıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

"Report"a Fonddan verilən məlumata görə, bu vəsaitdən 20 mln. dolları 1 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi