Yuxarı

​"Brent" markalı neft bahalaşıb

​Brentin bir bareli 0,55% artaraq 48,79 dollara çatıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,58% ucuzlaşaraq 45,59 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,55% artaraq 48,79 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi