​"NBC Bank"ın xalis mənfəəti 3 dəfə artıb

​"NBC Bank"ın xalis mənfəəti 3 dəfə artıb Bank ötən il 1,5 mln. manata yaxın xalis mənfəət əldə edib
Maliyyə
2 Fevral , 2015 09:19
​NBC Bankın xalis mənfəəti 3 dəfə artıb

Bakı. 2 fevral. REPORT.AZ/ 2014-cü il ərzində "NBC Bank"ASC vergilər ödənildikdən sonra 1,460 mln. manat xalis mənfəət əldə edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabata əsasən bu da 2013-cü ilin göstəricisi ilə müqayisədə 3,26 dəfə artım deməkdir. Bildirək ki, vergi ödənilənədək mənfəət 1,825 mln. manat təşkil edib. 

Hesabat ilində bank faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə 16,684 mln. manat, qeyri-faiz üzrə 2,577 mln. manat gəlir əldə edib. 2013-cü illə müqayisədə bankın faiz gəlirlərində 25,62% , qeyri-faiz gəlirlərində 12,98% artım müşahidə olunub.

Bu müddətdə faiz və ona bağlı xərclər 2013-cü ilin göstəricisi ilə müqayisədə 15,34% artaraq 7,520 mln. manat, qeyri-faiz xərcləri 4,74% azalaraq 7,433 mln. manat təşkil edib.

Bildirək ki, hesabat ilində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2,483 mln. manat ayrılıb. Bu da 2013-cü illə müqayisədə 3,66% çoxdur. 

Son xəbərlər

Orphus sistemi