Yuxarı

"NBC Bank" yenidən Əmanətlərin Sığortalanması Fonduna üzv olub

İlkin məlumatlara görə, Texnikabankda 79,344 mln. manat sığortalanmış əmanət olub

Bakı. 8 fevral. REPORT.AZ/ Ötən həftə bank lisenziyası bərpa olunan "NBC Bank" ASC bu gündən etibarən yenidən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olub. "Report" xəbər verir ki, bunu jurnalistlərə ƏSF-nin icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov bildirib ki, bu gün Mərkəzi Bank Fonda məktub göndərib: "Texnikabank"da 66 480 müştərinin 79,344 mln. manat əmanəti sığortalanıb. Bu rəqəmlərdə hələlik dəqiqləşdirmə aparılır. Bu bankın böyüklüyünü nəzərə alaraq bizim agent banklarımız olan 4 bankın hamısı əmanətlərin qaytarılması ilə məşğul olacaq. Agent banklar isə "Muğanbank", "Kapital Bank", "Rabitəbank" və "Unibankdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi