"NBC Bank" ötən il 1,8 mln. manat zərər edib

"NBC Bank" ötən il 1,8 mln. manat zərər edib Bankın aktivləri illik müqayisədə 5% azalıb
Maliyyə
10 Yanvar , 2017 14:19
NBC Bank ötən il 1,8 mln. manat zərər edib

Bakı. 10 yanvar. REPORT.AZ/ "NBC Bank" ASC-nin aktivləri illik müqayisədə 4,96% azalaraq 2017-ci il yanvarın 1-nə 158 970 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfeli 18,4% azalaraq 120 975 min manata enib.

Hesabat ilində bankın depozit portfeli 32,9% azalaraq 100 747 min manatdan 67 598 min manatadək azalıb. AMB-nin banka qarşı tələbləri yoxdur. Bankın nizamnamə kapitalı 37,5% artaraq 64,0 mln. manata çatıb.

Ötən il "NBC Bank" 1 798 min manat zərər (vergilər ödənildikdən sonra) edib ki, bu da əvvəlki illə müqayisədə 7,7 dəfə azalma deməkdir. Belə ki, bankın 2015-ci ildə zərəri 13 791 min manat təşkil edib.

Bildirək ki, 2016-cı ildə bankın faiz gəlirləri əvvəlki illə müqayisədə 9,26% azalaraq 16 208 min manat, faiz xərcləri 15,99% azalaraq 6 920 min manat olub. 2016-cı ildə bank 3 264 min manat qeyri-faiz gəlirləri əldə edib. 2015-ci ildə isə əksinə -14 035 min manat təşkil edib. Ötən il bankın qeyri-faiz xərclərinin həcmi əvvəlki illə müqayisədə 14,31% azalaraq 7 027 min manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin sonuna "NBC Bank"ın bölüşdürülməmiş zərəri -10 599 min manat, 2015-ci ilin sonuna isə bölüşdürülməmiş mənfəət 3 190 min manat olub.

Son xəbərlər

Orphus sistemi