​“NBC Bank”ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb

​“NBC Bank”ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb Aprelin 1-nə Bankın nizamnamə kapitalı 46,5 mln. manat olub
Maliyyə
14 İyul , 2015 12:19
​“NBC Bank”ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb

Bakı. 14 iyul. REPORT.AZ/ “NBC Bank” ASC-nin ötən il noyabrın 19-da AZ1007005757 nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 2015-ci il noyabrın 19-dək uzadılıb.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar hər birinin nominal dəyəri 243,60 manat olan 20 535 ədəd adi sənədsiz adlı səhmlərin emissiya prospektinin 15-ci bəndinə dəyişikliklər edilib və həmin dəyişikliklər QKDK tərəfindən nəzərə alınıb.

Qeyd edək ki, cari il aprelin 1-nə Bankın məcmu kapitalı 50,7 mln. manat, nizamnamə kapitalı 46,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi