Yuxarı

"NBC Bank"ın rəhbərliyində dəyişiklik olub

Bankın İdarə Heyətinin sədr müavini işdən çıxıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "NBC Bank" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. 

"Report" xəbər verir ki, bankın İH-nin sədr müavini Elçin Məmmədov işdən çıxıb. Onun yerinə Kazım Zeynalov təyin edilib. O, "NBC Bank"da 2009-cu ildən işləyir. Yeni təyinata qədər Bankın Risklərin idarə edilməsi Departamentinin müdiri olub.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb.

Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi