“NBC Bank”ın mənfəəti kəskin azalıb

“NBC Bank”ın mənfəəti kəskin azalıb “NBC Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 112 min manat mənfəətlə başa vurub.
Maliyyə
21 Oktyabr , 2019 09:21
“NBC Bank”ın mənfəəti kəskin azalıb

“NBC Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 112 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,2% və yaxud 26,05 dəfə azdır.

9 ay ərzində “NBC Bank”ın gəlirləri 17,018 milyon manat (illik müqayisədə 8,7% çox), xərcləri 17,924 milyon manat (35,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,017 milyon manat (2,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “NBC Bank”ın aktivləri 304,814 milyon manat olub ki, bu da illik müqayisədə 13,3% çoxdur. Bunun 222,203 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,3% böyüyüb.

Hesabat dövründə “NBC Bank”ın öhdəlikləri 17,8% artaraq 246,505 milyon manata, o cümlədən depozit portfeli 22,5% artaraq 123,264 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 58,31 milyon manata düşüb.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi