"NBC Bank" bu ilin ilk 9 ayını 2,5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

"NBC Bank" bu ilin ilk 9 ayını 2,5 mln. manata yaxın xalis mənfəətlə başa vurub Bakı. 11 oktyabr. REPORT.AZ/
Maliyyə
11 Oktyabr , 2017 10:54
NBC Bank bu ilin ilk 9 ayını 2,5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

Bakı. 11 oktyabr. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktibləri bu il oktyabrın 1-nə 171,815 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.

“NBC Bank”ın aktivlərinin 80%-ni və yaxud 137,546 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 10,3% böyüyüb.

Hesabat tarixinə “NBC Bank”ın kreditlərinin 8,9%-nin və yaxud 12,198 mln. manatını vaxtı keçib.

Son 1 ildə Bankın depozit portfeli isə 51,5% artaraq 71,331 mln. manat olub. Ümumilikdə isə Bankın cəmi öhdəlikləri 115,981 mln. manat, cəmi (balans) kapitalı isə 55,924 mln. manat təşkil edib.

9 ay ərzində “NBC Bank”ın faiz gəlirləri 10,49 mln. manat (illik müqayisədə 17,3% az), faiz xərcləri 4,711 mln. manat (17,7% az), qeyri-faiz gəlirləri 2,518 mln. manat (9,9% çox), qeyri-faiz xərcləri isə 4,35 mln. manat (7% az) olub. Son nəticədə Bankın xalis əməliyyat 3,947 mln. manat təşkil edib.

“NBC Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 1,462 mln. manat yönəldib və yanvar-sentyabr aylarını 2,485 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin ilk 9 ayından 1,415 mln. manat xalis zərərlə çıxıb.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb. Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi