"NBC Bank" birinci yarımili mənfəətlə yekunlaşdırıb

"NBC Bank" birinci yarımili mənfəətlə yekunlaşdırıb Bakı. 10 iyul. REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri ilin əvvəlindən 17,6% artaraq 2018-ci il iyulun 1-nə 240 016 min manata yüksəlib.
Maliyyə
10 İyul , 2018 10:08
NBC Bank birinci yarımili mənfəətlə yekunlaşdırıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri ilin əvvəlindən 17,6% artaraq 2018-ci il iyulun 1-nə 240 016 min manata yüksəlib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın kredit portfeli (müşyərilərə verilmiş kreditlər- məqsədli ehtiyat çıxılmaqla) 19,7% artaraq 184 798 min manat təşkil edib. 2018-ci il oyulun 1-nə əsasən bankın kredit portfelinin 6%-ni vaxtı keçmiş kreditlər əhatə edib.

Bu ilin birinci yarımilində bankın cəmi öhdəlikləri 23,1% artaraq iyulun 1-nə 181 372 min manata çatıb. Bankın depozit portfeli ilin əvvəlindən 15,2% artaraq 85 238 min manat olub. Bildirək ki, öhəliklərin strukturunda Azərbaycan Mərkəzi Bankının banka qarşı heç biri tələbi yoxdur.

Hesabat dövründə banklın cəmi kapitalı 56 839 min manatdan 58 644 min manata yüksəlib.

Bank bu ilin birinci yarısında 1 872,3 min manat xalis mənfəət əldə edib. Bu müddətdeə faiz gəlirləri 8 501 min manat, qeyri-faiz gəlirləri 1 453 min manat, faiz xərcləri 4 899 min manat, qeyri-faiz xərcləri 3 292 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi